Yelo Bank-ın kredit portfeli 22%-dən çox artıb | Banco.az

Yelo Bank-ın kredit portfeli 22%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yelo Bank-ın xalis mənfəəti 2024-cü ildə 43 milyon 298 min manat təşkil edib. Bankın xalis mənfəəti 2023-cü illə müqayisədə 22 milyon 537 min manat və ya 2,1 dəfə artıb. 

Banco.az bankın maliyyə hesabatına istifadən xəbər verir ki, 2023-cü ilin eyni dövründə Yelo Bank-ın mənfəəti 20 milyon 761 min manat təşkil edib.

2024-cü ilin dördüncü rübünün sonunda bankın cəmi aktivləri 1 milyard 279 milyon 637 min manat olub.

Hesabat dövründə bankın kredit böyüyüb. 2024-cü ilin əvvəlindən Yelo Bank-ın ümumi kredit portfeli 170 milyon 780 min manat və ya 22,3% artaraq 935 milyon 89 min manat təşkil edib. 

Qeyd edək ki, 2024-cü ilin dekabr ayının sonuna əmanət portfeli isə 928,8 mln. manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram