Yelo Bank-ın kredit portfeli 17%-dən çox artıb | Banco.az

Yelo Bank-ın kredit portfeli 17%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yelo Bank-ın xalis mənfəəti 2024-cü ilin 9 ayında (yanvar-sentyabr ayları) 35 milyon 63 min manat təşkil edib. Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 21 milyon 268 min manat və ya 2,5 dəfə artıb. 

Banco.az bankın maliyyə hesabatına istifadən xəbər verir ki, 2023-cü ilin eyni dövründə Yelo Bank-ın mənfəəti 13 milyon 795 min manat təşkil edib.

2024-cü ilin üçüncü rübünün sonunda bankın cəmi aktivləri 1 milyard 177 milyon 730 min manat olub.

Hesabat dövründə bankın kredit böyüyüb. 2024-cü ilin əvvəlindən Yelo Bank-ın ümumi kredit portfeli 133 milyon 589 min manat və ya 17,5% artaraq 897 milyon 898 min manat təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, cari ilin sentyabr ayının sonuna əmanət portfeli isə 841,5 mln. manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et