Yelo Bank-ın kredit portfeli 12%-dək artıb | Banco.az

Yelo Bank-ın kredit portfeli 12%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yelo Bank-ın xalis mənfəəti 2026-cı ilin yanvar-iyun aylarında 12 milyon 604 min manat təşkil edib. 

Banco.az bankın maliyyə hesabatına istifadən xəbər verir ki, iyun ayının sonunda bankın cəmi aktivləri 1 milyard 474 milyon 995 min manat olub.

Hesabat dövründə bankın kredit portfeli böyüyüb. 2025-ci ilin sonu ilə müqayisədə Yelo Bank-ın ümumi kredit portfeli 126 milyon 250 min manat və ya 11,6% artaraq 1 milyard 215 milyon 321 min manat təşkil edib. 

Qeyd edək ki, 2026-cı ilin iyun ayının sonuna bankın əmanət portfeli 1 milyard 39 mln. 161 min manat olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram