Müəllif: Gülnar Əhmədli, Banco.az
Yelo Bank-ın xalis mənfəəti 2024-cü ilin birinci yarısında 17 milyon 295 min manat və ya 2,9 dəfə artaraq 26 milyon 18 min manata çatıb.
Banco.az bankın maliyyə hesabatına istifadən xəbər verir ki, 2023-cü ilin eyni dövründə Yelo Bank-ın mənfəəti 8 milyon 723 min manat təşkil edib.
2024-cü ilin ikinci rübünün sonunda bankın cəmi aktivləri 1 milyard 124 milyon 651 min manat olub.
Hesabat dövründə bankın kredit böyüyüb. 2024-cü ilin əvvəlindən Yelo Bank-ın ümumi kredit portfeli 82 milyon 431 min manat və ya 10,8% artaraq 846,7 milyon manat təşkil edib.
Cari ilin iyunun sonuna əmanət portfeli 807,7 mln manat təşkil edib. Dövr üzrə fiziki şəxslərin əmanət portfeli 60,7 mln manat artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!