Müəllif: Gülnar Əhmədli, Banco.az
Yelo Bank-nın kredit portfeli cari ilin 30 sentyabr 2025-ci il tarixinə 1 milyard 53 milyon 937 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 118 milyon 848 min manat və ya 12,7% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 312 milyon 469 min manat, biznes kreditləri portfeli 646 milyon 437 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 646 milyon 437 min manat təşkil edib.
Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 48 milyon 892 min manat və ya 18,5%, 59 milyon 194 min manat və ya 10,1%, 10 milyon 762 min manat və ya 12,8% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!