Yelo Bank-dan kart qalığına illik 7% gəlir | Banco.az

Yelo Bank-dan kart qalığına illik 7% gəlir

Yelo Bank yüksək cashback-lərlə bərabər kart balansında qalan vəsaitə də yüksək gəlir təklif edir. Belə ki, Yelo kart sahibləri minimal məbləğ tələbi olmadan kartdakı vəsaitlərinə illik 7%-dək gəlir əldə edirlər. Bunun üçün heç bir dövriyyə tələbi yoxdur. İllik faiz gündəlik olaraq hesablanır və hər növbəti ayın ilk iş günü kart hesabına köçürülür. Faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ Yelo Light üçün 10 000 AZN, Yelo Premium üçün isə 100 000 AZN-dir. Qeyd edək ki, AZN valyutalı Yelo Premium karta illik 7%, USD valyutalı Premium kartda isə illik 0.2% gəlir təklif olunur. Yelo Light kartlarında isə illik gəlir müvafiq olaraq 5% və 0.1% təşkil edir.

Yelo kartın üstünlükləri bununla bitmir. Bu kartla seçilmiş kateqoriyalardan yüksək cashback qazanmaq imkanınız var: geyim mağazaları, restoranlar, yanacaqdoldurma məntəqələrində Yelo Light kartı ilə 4%, Premium ilə 5%, marketlərdə isə hər iki kartla 2% cashback qazana bilərsiniz. Bunun üçün heç bir aylıq dövriyyə tələbi yoxdur. Ölkədaxili bütün POS terminal ödənişlərinə təklif olunan 1%-dək cashback məbləği isə limitsizdir. Bundan başqa Bankın partnyor şəbəkəsindən də əlavə 30%-dək cashback qazanmaq mümkündür.

Bu və daha çox üstünlüklərə sahib olan Yelo kart həm də pulsuz təklif olunur. Yelo Light kartına 100 AZN/50 USD/50 EUR, Yelo Premium kartına isə 1000 AZN/500 USD/500 EUR mədaxil etməklə 3 illik pulsuz ala bilərsiniz. Daha sonra karta ilkin mədaxil edilmiş məbləği ödənişləriniz üçün istifadə edə və ya nağdlaşdırmaq mümkündür.

Yelo kartı banka gəlmədən əldə etmək istəyirsiniz? O zaman Yelo App-dən onlayn sifariş edin, olduğunuz ünvana pulsuz çatdırılsın!

Onlayn sifariş üçün: https://bit.ly/ylfjs

Ən sərfəli kredit üçün müraciət et

Bank xidmətləri, o cümlədən onlayn kredit (https://www.yelo.az/az/individuals/online-services/loan_request/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et