Bank sektorunda aparıcı innovator banklardan biri olan Yelo-dan daha bir yenilik! Belə ki, Yelo App tətbiqində Visa ilə əməkdaşlıq çərçivəsində xaricə pulköçürmələri indi daha rahat olacaq. Bu yenilik sayəsində xaricdə yaşayan dostlara, yaxınlara və ya qohumlara bank məlumatları olmadan, sadəcə mobil nömrə ilə pul köçürmək mümkündür.
Bunun üçün Yelo App-in “Köçürmələr” menyusundan “Telefon nömrəsi ilə xaricə köçürmə” bölməsinə klikləyərək kontaktınızda vəsait yollamaq istədiyiniz şəxsi seçin. Daha sonra isə köçürmə məlumatlarını daxil edərək prosesi yekunlaşdırın. Qeyd edək ki, köçürmə üçün qarşı tərəfin xarici bank kartı bu xidməti dəstəkləməlidir.
Yelo App mobil nömrə vasitəsilə xaricə pul köçürmə xidməti təqdim edən ilk bank tətbiqidir. Bu xidmətdən Yelo App-in hər bir istifadəçisi faydalana bilər. Bu cür innovativ yeniliklər sayəsində filiala gəlmədən cəmi bir neçə toxunuşla bank əməliyyatları həyata keçirmək mümkün olur. Yaxın gələcəkdə Yelo App-in imkanları daha da genişləndiriləcək və müştərilər üçün bir sıra mühüm yeniliklər təqdim olunacaq. Yelo App-in digər üstünlüklərindən 24/7 faydalanmaq üçün tətbiqi yükləyin: http://bit.ly/ylmbltb
Xaricdən Azərbaycana pul köçürmələri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Bizi sosial şəbəkələrdən izləyin!!