Müəllif: Gülnar Əhmədli, Banco.az
Yay səyahət etmək, əylənmək və yetərincə istirahət etmək üçün əla fürsət deməkdir. İstər ölkədaxili, istərsə də xaricdə olmasından asılı olmayaraq hər kəsin arzusunda olduğu bir tətil planı var. Bu yay unudulmaz bir tətil keçirmək istəyirsinizsə, lakin hələ də hara gedəcəyinizə qərar verməmisinizsə, bu məqaləni oxuya bilərsiniz:
Monteneqro/Kotor körfəzi
Monteneqro yayda ziyarət etmək üçün ən yaxşı seçimlərdən biridir. Möhtəşəm təbiəti və rahat nəqliyyat bu ölkəni ən yaxşı tətil üçün seçimlərdən biri edir. Budva, Kotor körfəzi, Tivat, Lovçen, Podqoritsa və Bar Monteneqronun əsas turizm mərkəzlərindəndir. Kotor körfəzi isə xüsusilə yay tətili üçün ən yaxşı seçimdir. Adriatik dənizinin ən gözəl körfəzlərindən biri olan Kotor körfəzi Venesiya üslublu memarlığı, möhtəşəm mənzərəsi, mehriban insanları və ləzzətli mətbəxi ilə turistlərə əvəzolunmaz istirahət fürsəti təqdim edir.
İtaliya/Siciliya
İtaliya həmişə yayda ziyarət ediləcək ölkələr siyahısında birincilərdən olub. İtalyan mətbəxinin ləzzətlərini dadmaq və gözəl dənizkənarında istirahət etmək istəyənlər üçün Siciliya yayda ilk ağla gələn yerlərdən biridir. Siciliyada bir turist kimi görmək istəyə biləcəyiniz parklar, məbədlər, muzeylər və müxtəlif təbii gözəlliklər tapa bilərsiniz.
Misir/Şarm əl-Şeyx
Unudulmaz yay tətili istəyirsinizsə, Misiri ziyarət edə bilərsiniz. Bənzərsiz sualtı dünyası və geniş səhraları ilə Şarm Əl-Şeyx fərqli təcrübə yaşamaq istəyənlər üçün idealdır.
Albaniya/Ksamil
Albaniya da yay tətili üçün ən yaxşı seçimlər sırasındadır. Albaniyanın məşhur çimərlikləri arasında ən uzunu olan Dermi bu yay dənizdən və günəşdən həzz ala biləcəyiniz yerlərdən biridir. Dermidən başqa, Lukova, Borş, Saranda və Ksamil kimi digər Alban çimərliklərini də seçə bilərsiniz.
Makedoniya/Oxrid
Oxrid ziyarətçilərinə əvəzolunmaz mənzərələr təqdim edən və dəniz tətili keçirmək üçün gözəl məkandır. YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan şəhərdə tarixi binalar da diqqət çəkir.
Yunanıstan/Rodos
Yunanıstan yay aylarında ziyarət üçün ilk üstünlük verilən ölkələrdən biridir. Çimərlikləri, möhtəşəm təbiəti ilə Yunanıstan unudulmaz yay tətili üçün ideal seçimdir.
Gürcüstan/Batumi
Batumi mülayim iqlim qurşağına malik olduğu üçün yağışlı dövrlərdə belə temperaturun çox aşağı düşmədiyi yerlərdəndir. Yay tətili üçün Batumiyə üstünlük verilməsinin səbəblərindən biri də beynəlxalq tətil marşrutları arasında ən qənaətcil variantlardan biri olmasıdır.
İrlandiya/Qalvay
İrlandiya yay tətili zamanı həddindən artıq istidən uzaqlaşıb daha sərin yerlər axtarmaq istəyənlərə tövsiyə oluna biləcək ölkələrXüsusilə Qalvay yayda getmək üçün ən məşhur sərin bir yerdir. Canlı musiqinin heç vaxt dayanmadığı Qalvay özünəməxsus teksturası ilə mütləq görülməli yerlərdən biridir.
Bizi sosial şəbəkələrdən izləyin!!