Yay mövsümü səyahət kreditlərinin sayını artırır | Banco.az

Yay mövsümü səyahət kreditlərinin sayını artırır

Yay mövsümünün gəlişi ilə əlaqədar banklardan səyahət krediti götürmək istəyən müştərilərin sayı artıb. Tələbatın yüksək olduğunu görən banklar kreditin məhz bu növünün geniş miqyasda təbliğinə başlayıblar. Məlumat üçün qeyd edək ki, bir növ mövsümi xarakter daşıyan bu kredit növünü banklar müştərilərə birbaşa deyil, səyahət şirkətlərinin köməyilə təklif edirlər. Turizm şirkətləri isə onlara müraciət edən müştərilərə tərəfdaş bankların səyahət kredit paketini təklif edirlər. Qeyd edək ki, hal-hazırda sözügedən kredit yüksək faizlə təklif olunsa da, əhali tərəfindən bu kredit növünə olan tələbat gündən-günə artmaqdadır. Mütəxəssislər isə bankları səyahət krediti verərkən ehtiyatlı olmağa səsləyir. Çünki gəlirini düzgün hesablamayan müştərilər kredit borcunun ödənilməsi müddəti ərzində bank üçün xoşagəlməz problemlər yarada bilər.   

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az