Yay bitir – Turizm sahəsində qiymətlər niyə aşağı düşmür? | Banco.az

Yay bitir – Turizm sahəsində qiymətlər niyə aşağı düşmür?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Yay mövsümünün son günlərini yaşasaq da, bölgələrdə otelçilik və xidmət sahəsində qiymətlər yüksək olaraq qalmaqdadır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Banco.az-a bildirib ki, vətəndaşlar quru sərhədlərinin bağlı olması səbəbindən daha çox ölkə daxilində istirahət etməyə üstünlük verirlər. Bu vəziyyətin daxili turizmin inkişafına təsir göstərdiyini qeyd edən Elnur Fərzəliyev vurğulayıb ki, hazırda regionlarda kirayə və bağ evlərinin qiyməti də paytaxtla eyni səviyyədədir:

“Buna səbəb tələbatın daha çox olmasıdır. Turistik zonalarda  bu cür qiymət artımları daha çox mövsümi xarakter daşıyır. Yay aylarında müştərilərin çox olması səbəbindən artıq obyekt sahibləri də qiymətləri kəskin artırırlar. Təbii ki, qiymətlərin kəskin artması aztəminatlı insanları həmin ərazilərdə istirahət etməkdən məhrum edir. Hazırda Azərbaycanın turistik bölgələrində mənzillərin bir günlük kirayə qiyməti minimum 50  manatdan başlayaraq hətta 700-800 manata qədər dəyişə bilir.  Orta əmək haqqı ilə yaşayan bir insan üçün belə bir qiymət həddində ailəsi ilə istirahət etmək mümkün deyil”. 

Elnur Fərzəliyev deyib ki, ölkə daxilində fəaliyyət göstərən turizm mərkəzlərinin təklif etdiyi qiymətlər, təyyarə biletlərinin baha olmasına baxmayaraq xarici ölkələrlə müqayisədə qat-qat bahadır:

Ən sərfəli kredit üçün müraciət et

“Bu sahənin nəzarətdən kənar qalmağı xidmət sahəsində tənzimləmələri labüd edir.Əgər bu istiqamətdə müəyyən addımlar atılarsa,  daxili turizm sahəsinin inkişafına gətirib çıxara bilər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et