Yaxşı lider olmaq heç zaman gec deyil! | Banco.az

Yaxşı lider olmaq heç zaman gec deyil!

İş həyatında liderlik uzaqdan göründüyü qədər asan deyil. Əlbəttə, bu işin də qaydaları var.  Bu qaydalara nə qədər əməl edə bilsəniz, liderliyiniz də bir o qədər uzun çəkər. İşçilərinizi gördükləri işin nəyisə dəyişdirə biləcəyinə inandırın, “ bu, əlbəttə ki, belədir” deyə düşünməlidirlər.

 Real hədəflər qoyun

 Həqiqətən real olan hədəflər. İclas məqsədini əvvəlcədən müəyyənləşdirin və bu məqsədi mütləq yerinə yetirin. İclasa düz vaxtında başlayın, heç kimi gözləməyin. Köhnə tərzdə olan iclaslara son vermək lazımdır; iclasları əyləcəli keçirin. Komandanızı özünüzdən daha yaxşı vəziyyətə gətirin. Yaxşı bir komanda yaradanda sizi lider olaraq qəbul etmək insanlarda vərdiş halına gələcək. Sərhədlərinizi qoruyun!

Dəqiq sərhədlər və xoş münasibətin yaxşı tərəfi, keçilməyən bir xəttin çəkilməsidir. Bu xətt hər bir mövzuda hökm verə biləcəyiniz bir meyar olacaqdır. Heç kim təkcə fit çalmaqla simfoniya ifa edə bilməz, simfoniya ifa etmək üçün orkestra lazımdır.. Üzərinizdəki yükü azaldın.  Qrupunuzu yaradın və onun işi görəcəyinə inanın. Buraxın səhv etsinlər; müdir nöqsan  axtarar, lider isə səhvləri düzəldər.

“Mənə başa salsan ağlımda bir saat qalar, göstərsən bir gün,ancaq özümün etməyimə icazə versən, bir ömür boyu  yadımda qalacaq.”

 Hamımızın fərqli xüsusiyyətləri var! Bir-birimizin eynisi olsaydıq, qrup halında işləməzdik. Ya hamımız lider olardıq, ya da hamımız izləyici. İnsanları cəsarətləndirin. İşə başlamazdan əvvəl, görəcəkləri işin yaxşı olacağını deyin. Doğru işlərə doğru adamları təyin etmək, sonra da işləri ilə baş-başa  buraxmaq mövzusunda da  bacarıqlı olmalısınız. Məsuliyyətinizi üzərinizə götürün. Komandanızı bəhanə etməyiniz asan ola bilər, lakin bu sizə haqq qazandırmaz. Yeri gələndə komandanızın haqqını verin! “ Etibarın kimin hesabına yazıldığına fikir verməyəndə nə çox şey bacardığınızı görmək heyrətləndiricidir.”  Komandanız olmasaydı, əlinizdə satacaq bir şey də olmazdı!

Ən sərfəli kredit üçün müraciət et

Komandanıza hər şeyin ən yaxşısını verin, sonra da buraxın işlərini görsünlər. Təbrik edin. İnsanlar işlərinə həyəcanla gəlirlərsə, heç qorxmadan səhv edə bilirlərsə, açıqlama hazırlamaq və iclaslara girib çıxmaq əvəzinə işlərilə məşğul olurlarsa, deməli, başlarında bir lider var! Etdiyiniz və dediyiniz hər bir şeyi qeyd edin. “ Düşüncələrinizə diqqət edin, sözlərə çevrilər. Hərəkətlərinizə diqqət edin, vərdişlərinizə çevrilər. Vərdişlərinizə diqqət edin, xarakterinizə çevrilər. Xarakterinizə diqqət edin, alın yazınıza çevrilər!”- Frank Outlaw Nə qədər yaxşı lider olsanız, əlinizdə bir o qədər informasiya olmalıdır.

Səhvlərinizdən dərs götürün! “Karyera həyatınızda qarşılaşacağınız bir məğlubiyyət, pis gedən bir eşq macərasına bənzəyir.” Səhvlərinizdən dərs çıxara bilməsəniz, böyük bir ehtimalla bunu yeni işinizdə də edəcəksiniz. Bir çox  professional ya pis işdən qaçamağa meyl edər, ya da işsiz qalmaqdan qorxar, eynilə bəzilərinin şəxsi münasibətlərində etdikləri kimi, heç uyğun olmayan bir işdən ona bənzər  yeni bir işə atılar. “Ağır bir zərbə alıb, bu yanlışlığın harda olduğunu araşdırmasanız, özünüzü yeni bir məğlubiyyətə hazırlamalısınız”  -  Badley G. Richardson,   “To Move Ahead Again, Learn From Career Setbacks”.  

Tərcümə etdi: Şəhla Məmmədova  

Mənbə:allmag.az

Ən sərfəli krediti almaq üçün müraciət et