Müəllif:Gülbəniz Hüseynli/Banco.az
İranın ali lideri Əli Xamneyinin Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbərinin öldürülməsinə cavab olaraq İsrailə hücum əmrindən sonra dünyada neft qiymətləri yüksəlib.
Bloomberg agentliyin məlumatına görə, ABŞ-nin xam neft ehtiyatları keçən həftə 3,4 milyon barrel azalıb. Agentlik bildirir ki, bu, 2022-ci ilin yanvarı üzrə ən uzun itki silsiləsi hesab edilə bilər.
Nəşrin məlumatına görə, WTI neftinin qiyməti əvvəlki sessiyada 4,3% artıb, sonra bir barel üçün 78 dolları ötüb. Brent markalı neft isə 81 dollar civarında bağlanıb.
Yaxın Şərqdə gərginliyin Azeri Light markalı neftin qiymətinə təsirləri barədə Banco.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, vəziyyət siyasi gərginlikdən asılı olaraq dəyişə bilər:
“Brent markalı neft 78 dollara qədər ucuzlaşmışdı, hazırda isə bir vareli $81.47 satılır. Azərbaycan nefti isə təqribən 84 dollar ətrafında ticarət edilir. Amma qiymətlərin bundan sonrakı artımı İranın İsrailə hava zərbəsi endirib endirməməsindən və siyasi gərginliyin təzyiqindən asılı olacaq”,- deyə İlham Şaban qeyd edib.