Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ildə qlobal neft tələbatının gündəlik 2,2 milyon barel artaraq 104,36 milyon barel təşkil edəcəyini proqnozlaşdırıb.
OPEC-in proqnozlarına görə 2025-ci ildə hasilat gündəlik 1,8 milyon barel artaraq və 106,21 milyon barel təşkil edəcək.
Son bir neçə ay ərzində Yaxın Şərqdə baş verən gərginliyin neft qiymətlərinə təsirsiz ötüşməyəcəyi də təhlillər arasındadır.
Bu barədə Banco.az-a Türkiyə Enerji Strategiyası və Siyasəti Araşdırma Mərkəzindən(TESPAM) verilən məlumata görə əgər Pakistan-İran arasında müharibə baş verərsə bu tələb və təklif balansına təsir edə bilər.
“Əsas fərziyyələrə əsasən iyun ayında İsrail-Həmas müharibəsi səngisə də, 2024-cü ilin iyul ayına qədər gərginlik davam edəcək. Müharibə başqa ölkələrə yayılmayacaq, amma Bab əl-Məndəb boğazında risklər 2024-cü ilin iyun ayına qədər azalan təsir dərəcəsi ilə davam edəcək. Daha bir ehtimal OPEC plyus ilə bağlıdır. Ehtimal edilir ki, “OPEC+” hazırkı ixtisar siyasətini davam etdirəcək”.
OPEC 2025-ci ildə neftə olan tələbata təkanın əsasən nəqliyyat yanacağı hesabına çoxalacağı qənaətindədir.
Qeyd edək ki, dünyanın ən böyük beş gəmiçiliyindən dördü, BP kimi neft nəhəngləri ilə birlikdə, husilərin hücumlarından qorxaraq, neft və qaz qiymətlərinin yüksəlməsinə səbəb olan hərəkətlər səbəbindən Qırmızı dəniz vasitəsilə daşımaları dayandırıb.
Ekspertlər hesab edir ki, hücumlar gəmiləri Afrika ətrafında daha uzun marşrut tutmağa məcbur edə və sığorta xərclərinin artmasına səbəb ola bilər. Şirkətlər mallarının istehlakçılara daşınması ilə bağlı artan xərcləri artıra bilərlər. Bu da dünyada pandemiya sonrası inflyasiya ilə mübarizə apardığı bir vaxtda qiymətləri yenidən qaldıra bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!