Yaxın Şərq və Asiya ölkələrində dollara maraq azalacaq | Banco.az

Yaxın Şərq və Asiya ölkələrində dollara maraq azalacaq

Müəllif - Aida İsaq, Banco.az

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar dollara olan inamı azaldıb.

Banco.az xəbər verir ki, bunu Rusiyada fəaliyyət göstərən “Sovcombank”ın baş analitiki Mixail Vasilyev bildirib. Ekspert yaxın gələcəkdə dolların möhkəmlənməsi ilə bağlı müsbət fikirdə olmadığını qeyd edib. O, Rusiyanın maliyyə sektoruna qarşı çoxsaylı məhdudiyyətlərə baxmayaraq, dolların 75 rubldan 63 rubla qədər zəiflədiyini əlavə edib.

Analitik ölkəsinin valyuta ehtiyatlarını dollara etibar etməkdən imtina edəcəyini proqnozlaşdırıb. Onun szölərinə görə, buna paralel olaraq yaxın Şərq və Asiya dövlətləri bundan sonra Amerika valyutasına maraq göstərməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et