Yaxın günlərdə Sankt-Peterburqdan Bakıya əlavə təyyarə reysi açılacaq | Banco.az

Yaxın günlərdə Sankt-Peterburqdan Bakıya əlavə təyyarə reysi açılacaq

Rusiyanın “Utair” aviaşirkəti yüksək tələbatla əlaqədar sentyabrın 7-dən etibarən Sankt-Peterburqdan Bakıya əlavə reys açacaq.

Bu barədə hava limanının idarəedici şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Utair” aviaşirkəti Pulkovo hava limanından Bakıya uçuşların sayını həftədə 3-dən 4-ə çatdıracaq. Sentyabrın 7-dən daşıyıcı əlavə reys açacaq: indi aviaşirkət reysləri bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri həyata keçirəcək. Bakı yayın əvvəlindən Sankt-Peterburqdan ən populyar beynəlxalq istiqamətlər arasında “Top-10”a daxildir”, - mətbuat xidmətindən bildirilib.

Yeni reysin tətbiqi ilə Sankt-Peterburqdan Bakıya aviareyslərin ümumi sayı həftədə altı dəfədən yeddi dəfəyə yüksələcək.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et