Yaxın günlərdə fiziki şəxslərin elektron qeydiyyatına başlanılacaq | Banco.az

Yaxın günlərdə fiziki şəxslərin elektron qeydiyyatına başlanılacaq

Son 3 ayda vergi qeydiyyatına alınan kommersiya hüquqi şəxslərin 81,3%-i elektron şəkildə müraciət edib. 

Bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Ə.Məmmədovun sözlərinə görə, ötən ilin sonunda bu rəqəm 69,8% olub: "Bu isə təxminən 11-12%-lik artım deməkdir".

Ən sərfəli kredit üçün müraciət et

Nazirlik rəsmisi yaxın günlərdə fiziki şəxslərin də elektron qeydiyyata alınacağını açıqlayıb:

"Artıq fiziki şəxslərin də elektron şəkildə qeydiyyata alınmasına başlamağı düşünürük. Bununla bağlı iş gedir. Fiziki şəxslər də FİN-kod və mobil identifikasiya vasitəsi ilə onlayn şəkildə qeydiyyata alınacaq".

Marja