Yaxın gələcəyi formalaşdıracaq texnologiyalar hansılardır? | Banco.az

Yaxın gələcəyi formalaşdıracaq texnologiyalar hansılardır?

Süni zəka və "əşyaların interneti" kimi texnologiya dünyasında əsaslı inkişaf yaxın gələcəkdə bir çox sahədə insan həyatını asanlaşdıracaq. Sağlamlıq, nəqliyyat, media və təhsil kimi həyatın bir çox sahəsinə yönəlməyi nəzərdə tutan bəzi texnologiyalar bunlardır:

  • Sürücüsüz və elektrikli nəqliyyat 

İnsan həyatının ən vacib tələbatlarından biri olan nəqliyyat, gələcəkdə süni zəkanın inkişafı ilə ən çox təsirlənəcək sektorlar arasındadır. Sürücüsüz və elektrikli vasitələr bu sahədə əhəmiyyətli texnoloji sərmayələrdir, Volkswagen 2026-ci ildən etibarən benzinlə çalışan nəqliyyat istehsal etməməyi planladığını bildirib. Digər tərəfdən, son illərdə qarşılaşan ölümcül qəzalara qarşı sürücüsüz nəqliyyat texnologiyasına edilən investisiyaların sürətlə davam etməsi gözlənilir.

  • Nağdsız bazar dövrü

Alqı-satqı gündəlik həyatın ən əhəmiyyətli fəaliyyətlərindən biridir, buna görə də süni intellekt texnologiyalarının toxunduğu mövzular arasındadır. Yerli və qlobal bazarlar öz satışlarını virtual mühitə daşıyır, bəzi beynəlxalq şirkətlər isə öz strategiyalarını fərqli bir anlayışla qururlar. Məsələn, dünyanın məşhur ticarət şirkəti Amazon, virtual ticarətini fiziki sahəyə daşımaq üçün yeni xidmət "Amazon Go" ilə süni intellekt əsasında bir market zənciri qurmağa hazırlaşır. Amazon keçən il ABŞ-ın Çikaqo şəhərində ilk mağazasını açdı və ardından kamera ilə marketə girən adamı təqib edərək, aldığı məhsulun dəyərini onun kredit kartından çıxdı. Şirkət, istifadəçilərinə sürətli və fərdi alış-veriş təcrübəsi təklif edərkən oxşar süni intellekt bazarlarının tətbiqlərini artırması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

  • Televiziya əvəzinə internetə əsaslanan media

Süni intellekt texnologiyası sahələrindən biri də mediadır. İnkişaf etməkdə olan texnologiyaların işığında internet əsaslı media platformaları getdikcə televiziyanın yerini alır, və izləyicinin zehnini oxuyan rəqəmsal platformalar diqqət çəkir. Bundan əlavə, televiziya kanalları ilə işləyən media kontent istehsalçıları yerli və qlobal internet əsaslı media platformalarına çevrilirlər. Bu tip media platformalarının gələcəkdə sərmayələrini və təqdim etdiyi məzmunları artıracaqları təxmin edilir.

  • İctimai təhlükəsizlik üçün üz tanınma sistemləri

İctimai təhlükəsizliyə görə üz tanıma sistemləri sahəsində edilən işlər də süni intellektdə əsas mövzulardandır. 2014-cü ildə Çin, kameralar vasitəsi ilə ictimai sahələrdə vətəndaşların hərəkətlərini izləyərək ictimai təhlükəsizliyin təmin edilməsini məqsəd qoyduğunu açıqlamışdı. Bu sistem vasitəsilə artıq elektron mühitdəki hərəkətlərin də məlumat sistemləri ilə birləşdirilərək, öyrənilməsi planlaşdırılır. 

Pərvanə Aslanova, Banco.az