Yaxın gələcəkdə dünyada ən çox hansı peşələrə təlabat olacaq? | Banco.az

Yaxın gələcəkdə dünyada ən çox hansı peşələrə təlabat olacaq?

Müəllif - Aida İsaq, Banco.az

Neyron şəbəkələri növbəti beş ildə qlobal əmək bazarında böyük dəyişikliklərə səbəb olacaq.

Banco.az xəbər verir ki, bu barədə Ümumdünya İqtisadi Forumunun “Gələcəyin Peşələri” adlı araşdırmasında qeyd olunur. “ChatGPT” və “Midjourney” kimi alətlərin yaranması sayəsində süni intellekt və texnologiya mütəxəssisləri gələcəyin perespektivli peşələri siyahısına liderlik edəcək. Həmçinin biznes analitikləri, məlumat menecerləri, informasiya təhlükəsizliyi ekspertləri və “fintech”, robottexnika, elektrik mütəxəssisləri gələcəyin axtarılan kadrları arasında yer alır.

Ekspertlər həmçinin mühasiblərin, məmurların, maliyyə və sığorta işçilərinin, səyyar satıcıların və ya bu istiqamətlərə yaxın peşələrin risk altında olacağını qeyd edib.

Qeyd olunur ki, neyron şəbəkələri daha çox Hindistanın əmək bazarına güclü təsir göstərəcək. Ölkədəki oxşar “ChatGPT” xidmətləri səbəbindən beş milyon insan işini itirə bilər. Artıq böyük şirkətlər sadə tapşırıqları yerinə yetirmək üçün süni intelektə dair bacarıqlara malik mütəxəssislər axtarırlar. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et