Yaxın gələcəkdə bank işçilərini süni intellekt əvəz edə bilər | Banco.az

Yaxın gələcəkdə bank işçilərini süni intellekt əvəz edə bilər

Şimali Amerikadakı bankların süni intellekt və avtomatlaşdırma texnologiyalarından istifadə edərək, 2025-ci ilə qədər 70 milyard dollar qənaət edəcəyi təxmin edilir. Say baxımından bir çox bank gələcəkdə sistemlərini süni intellektə həvalə edə bilər.

Accenture tərəfindən edilən araşdırmaya görə bank işi, sığorta və kapital kimi sektorlar süni intellektin tətbiqi, işçilərin sayının azalması və istehsalın artması ilə inkşaf edəcək.

Tədqiqatlar qənaətin 140 milyard dollara çatacağını, beləliklə iş saatının azaldılması ilə şirkətlərin işçi qüvvəsinə, yüksək dəyərli fəaliyyətə, innovasiya, ictimaiyyətlə əlaqələr və müştəri təcrübəsinə diqqət ayıra biləcəyi bildirilib.

Bildirilir ki,2025-ci ilə qədər işlərin 7-10 faizi avtomatlaşdırılacaq.  İnnovasiya və müştəri təcrübəsi kimi xidmətlərin əhəmiyyətli dəyər yaratdığını iddia edən Accenture məmur, şəxsi maliyyə məsləhətçiləri, xəzinədar və müştəri xidmətləri nümayəndələri tərəfindən görülən işlərin yarısının avtomatlaşdırma yolu ilə aparılacağına diqqət çəkib. Beləliklə, bugünkü avtomatlaşdırılmış ödəniş təlimatları gələcəkdə bir çox bank əməliyyatlarının əsasını təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

“Citigroup”, “Capital One” və “JPMorgan Chase” kimi banklar artıq işçilərinə kömək etmək üçün süni intellekt texnologiyalarından istifadə edirlər. Bildirilir ki, 2030-cu ilə qədər banklar xərcləri azaltmaq üçün 1,3 milyon insanı işdən azad edə bilər.

Bu gün bank işi hələ də ən populyar peşələrdən biridir. Bank sektorunda olan şirkətlər avtomatlaşdırma və süni intellekt sahəsindəki  yatırımları ilə bir çox insanın işlərini itirəcəklərini bildiyi halda, sərmayə yatırırlar. Bu populyar “ağ yaxa” peşəsinin tədris və ya kulinariya kimi peşələrdən daha çox, süni intellekt tərəfindən təhdid edildiyi bildirilir.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et