Yaxın aylarda rublun devalvasiyası gözlənilir | Banco.az

Yaxın aylarda rublun devalvasiyası gözlənilir

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Rublun devalvasiyası Rusiya büdcəsinə  fayda ilə yanaşı milyonlarla sadə vətəndaşın həyat səviyyəsini əhəmiyyətli dərəcədə aşağı sala bilər”.

Banco.az xəbər verir ki, bunu iqtisadçı Mixail Xazin deyib.

Ekspert düşünür ki, rublun devalvasiyası zamanı ruslar öz əmanətlərini qorumaq üçün irimiqyaslı dollar alışına başlaya bilərlər:

“Bu vəziyyət valyutanın zəifləməsi fonunda alıcılıq qabiliyyətini aktiv şəkildə azaldacaq.   Belə bir şəraitdə Rusiyada özəl kommersiya bankları da aktiv şəkildə dollar alacaqlar. Yerli kredit təşkilatları valyuta bazarındakı dalğalanmalardan pul qazanmağa çalışacaq. Hesab edirəm ki, qarşıdakı aylarda rublun devalvasiyası ilə yanaşı əhalinin kütləvi dollar almasının şahidi olacayıq”. 

Rusiyada mütəxəssislər hesab edir ki, rublun məqsədyönlü ucuzlaşması faktiki olaraq yerli istehsalın və real sektorun mövcudluğu üçün şəraitin yaxşılaşması ilə iqtisadiyyata faydalı təsir də göstərə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, staqflyasiya heç kimə sərfəli deyil və çox vaxt bu vəziyyət konkret ölkəni böhrana aparan amillər zəncirində birinci olur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et