Yaşın uğurlu olmaq üçün heç vaxt əngəl olmadığını göstərən 2 TEDx çıxışı! | Banco.az

Yaşın uğurlu olmaq üçün heç vaxt əngəl olmadığını göstərən 2 TEDx çıxışı!

Azərbaycanda elə insanlar var ki, uğuru yaşla əlaqələndirirlər. Məsələn 14 yaşlı birinin uğur qazanmasını ölkə mentaliteti qəbul etmir, ya da ki, 66 yaşlı birinin biznes qurmasını uğur kimi qavraya bilmirik.  Əslində məsələ yaşda deyil, başdadır. Bizim cəmiyyətimizdə elə insanlar var ki, 20 yaşı olsa da beyni 40 yaşındakı kimidir, ya da elələri var ki, 60 yaşı olsa da ağlı uşaq ağlından fərqlənmir. Sırf bu düşüncələri dağıtmaq üçün bu gün türk dilində altyazısı olan iki TEDx çıxışı tapdım, buyurun izləyib nəticə çıxarın.

1) Paul Tasner - 66 yaşında biznesmen olmağın yolu nədədir?

İnsan özünü daima kəşf etməlidir, Paul Tasner 40 yaşına qədər insanların yanında işçi kimi çalışıb, çörəyini daşdan çıxardıb. 66 yaşında öz biznesini qurmaq haqqında düşünüb, Pulpworks şirkətini qurub. Nəysə çox danışmayım.

Ən sərfəli kredit üçün müraciət et

2) Thomas Suarez - 12 yaşındakı  developer.

Bunun yaşıdları telefonda oyun oyayanda, o həmin oyunu düzəltməyə qərar verir. İnsanların Justin Bieber sevgisini görüb, düzəltdiyi oyunun adını Bustin Jieber qoyan bu balaca yaşlı uşaq öz yaşıdlarına da tətbiqi proqram hazırlamaq barədə seminarlar keçir.