Yaşıl valyuta - EverGreenCoin nədir? | Banco.az

Yaşıl valyuta - EverGreenCoin nədir?

Ətraf mühitə uyğun olduğunu və bu cəhətdən digər kriptovalyutalardan fərqləndiyini açıqlayan EverGreenCoin (EGC) yaxın vaxtlarda adından söz etdirməyə başladı. EGC mövcud qaydada fərqlilik yaratmaq məqsədilə yola çıxıb.

Kriptovalyuta olaraq təyin edilən EGC "yaşıl valyuta" olaraq qarşımıza çıxır. EGC təmiz bir mühit üçün yaşadığımız dünyada məsuliyyətlərini yerinə yetirmək qayəsi ilə hərəkət edir. Son zamanlarda gündəmdə olan Bitcoin ilə arasındakı fərqlər yaşıl valyutanın nə olduğunu anlamağımıza kömək edəcək.

  • Sərhədlərə baxmayaraq dünyanın istənilən yerinə əvəzsiz köçürmə gerçəkləşdirə bilir.
  • Bitciondən fərqli olaraq əməliyyatları daha sürətlə bitirir.
  • Sistemdə fərdi məlumatlar tələb olunmur və informasiya təhlükəsizliyi təmin olunur.
  • Nəhayət, o, bu işləri ekoloji cəhətdən daha səmərəli üsul ilə aparır.

EverGreenCoin apardığı əməliyyatlarda kompüterlərin xərclədiyi qədər enerji sərf etdiyini açıqlayır. Sistemdə qeydiyyatdan keçən üzvlərin valyutadan təmin edəcəyi illik gəlir 7% təşkil edir. EGC üzərində dəyişiklik ehtimalının olmadığını deyən mütəxəssislər hər hansı cəhdin nəticəsiz qalacağını qeyd edirlər. Bunun səbəbi isə belədir. EGC 4 şaxəli bir sistemdən ibarətdir. EGC Water, EGC Gardens, EGC Cannabis və EGC Renewables kimi müəyyən olunan hər şaxə öz sahələri üzərində əməliyyat aparır. EverGreenCoin, öz əməliyyat mexanizmini ağaca bənzədir. EGC üçün resursların lazımsız sərf edilməsinin qarşısını almaq və əldə edilən qazancla ətraf mühitin daha da yaxşılaşdırılması əsas məqsədlərdəndir. 

Ən sərfəli kredit üçün müraciət et

Pərvanə Aslanova, Banco.az