«Yaşıl dəhliz»dən istifadə üçün 53 şirkət icazə alıb | Banco.az

«Yaşıl dəhliz»dən istifadə üçün 53 şirkət icazə alıb

Xəbər veridiyi kimi, fevralın 1-dən etibarən Azərbaycanın gömrük sistemində «Yaşıl Dəhliz» mexanizmi işə düşəcək. Bu sistemin köməyi ilə sahibkarlar fevralın 1-dən idxal-ixrac əməliyyatlarını gömrük məmurunu görmədən, yəni elə ofislərində apara bilərlər.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, bu günədək 53 xarici iqtisadi fəaliyyət iştirakçısının müraciətinə baxılıb və onlara “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə icazə verilib.

Həmçinin Oxu: "Azərbaycanda gömrük prosedurları xeyli sadələşdiriləcək" - MÜSAHİBƏ

Ən sərfəli kredit üçün müraciət et

Gömrük-sərhəd buraxılış məntəqələri ərazilərində sıxlıqların aradan qaldırılması və malların yubanmadan keçidinə şəraitin yaradılması məqsədilə malların və nəqliyyat vasitələrinin sərhəddə yalnız qeydiyyatının aparılaraq dərhal buraxılışının həyata keçirilməsi layihəsi hədəf planlar arasındadır. Gömrük-sərhəd buraxılış məntəqəsi daxilində yalnız qeydiyyatın aparılaraq buraxılışın reallaşdırılması xüsusilə sərhəd əməliyyatları komponenti üzrə vaxt və xərc amili baxımından irəliləyişə gətirib çıxara bilər.

fed.az