Yaşayış minimumunun həddi 210 manata qaldırılıb | Banco.az

Yaşayış minimumunun həddi 210 manata qaldırılıb

2022-ci ildə yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilib.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci ildə yaşayış minimumu 196 manat olub.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram