Yaşayış minimumu 300 manat oldu | Banco.az

Yaşayış minimumu 300 manat oldu

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.

Banco.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb.

Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılıb.

Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.