Yaşayış binalarında ofislərin yerləşdirilməsinə bu qaydada icazə verilir | Banco.az

Yaşayış binalarında ofislərin yerləşdirilməsinə bu qaydada icazə verilir

Yaşayış binasının sonuncu mərtəbəsində rəssam və memarlar üçün emalatxanalar, həmçinin işçilərin sayı 5 nəfərdən çox olmayan ofis otaqları yerləşdirilə bilər.

Bu barədə məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Bu zaman Normaların 7.2.13-cü yarımbəndinin ( İctimai təyinatlı sahələrin binanın yaşayış hissəsindən təcrid olunmuş girişləri və təxliyyə çıxışları olmalıdır) tələbləri nəzərə alınmalıdır.

Hündürlüyü 28 m-dək və ən azı II odadavamlılıq dərəcəsi olan binaların mansarda mərtəbələrində ofis otaqlarının yerləşdirilməsinə yol verilir.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram