Nvidia-nın dəyəri 2025-ci ildə 98 faiz artaraq 87,87 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, bu barədə konsaltinq şirkətinin hesabatında deyilir .
Beləliklə, şirkət yarımkeçirici sənayesində ən qiymətli brend adını qoruyub saxlayıb. İkinci yerdə Taiwan Semiconductor Manufacturing Company (TSMC) qərarlaşıb. Onun dəyərinin artımı 37 faiz qiymətləndirilib. Hazırda onun dəyəri 34,2 milyard dollardır.
İntel bu reytinqdə üçüncü yerdə qərarlaşıb. Şirkətin dəyəri 33 faiz azalaraq 14,28 milyard dollar olub. Süni intellekt seqmentinin digər liderlərindən fərqli olaraq, Intel çip bazarında çətinliklər yaşayır. Bu, aşağı gəlirliliyə və səhm qiymətlərinin aşağı düşməsinə səbəb olur.
Martın əvvəlində bütün Meksika və Kanada idxalına 25 faiz rüsum elan edən və eyni zamanda Çin məhsullarına tarifləri 20 faizə çatdırmaq niyyətində olan ABŞ prezidenti Tramp "Nvidia" səhmlərini faktiki olaraq çökdürdü. Ticarətin sonuna qədər onlar demək olar ki, doqquz faiz aşağı düşmüşdülər.