Yaponiyanın xidmət sektoru rekord sürətlə artıb | Banco.az

Yaponiyanın xidmət sektoru rekord sürətlə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın xidmət sektoru aprel ayında rekord sürətlə artım göstərib.

Banco.az xəbər verir ki, “Au Jibun Bank” tərəfindən açıqlanan xidmət sektoru satınalma menecerləri indeksi (PMI) ötən ay 55,4 punkt olub.

Sektorda böyümə ardıcıl beşinci aydır davam edir ki, mart ayında bu göstərici 54,9 punkt hesablanmışdı.

Aprel ayı üzrə istehsal və xidmət sektorunun göstəricilərini birləşdirən kompozit PMI isə dəyişməyərək 52,9 punkt olaraq qalıb. Bu, 2022-ci ilin iyun ayından bəri ən sürətli artım tempi deməkdir və kompozit PMI ardıcıl dördüncü ayında da 50 dəyərindən yuxarı nəticə göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, indeksin 50-dən yuxarı qiymət alması sektorda böyüməni, 50-dən aşağı qiymət alması isə daralmanı göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et