Yaponiyanın ÜDM-i IV rübdə artımını 0,7%-ə qədər sürətləndirdi | Banco.az

Yaponiyanın ÜDM-i IV rübdə artımını 0,7%-ə qədər sürətləndirdi

Müəllif - Eldar Kərimov/Banco.az 

Yaponiyanın Ümumi Daxili Məhsulu (ÜDM) 2024-cü ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 0,7% artıb. Bu barədə ölkə hökumətinin ilkin hesabatında qeyd olunub.

Yenidən nəzərdən keçirilmiş göstəricilərə görə, üçüncü rübdə Yaponiyanın iqtisadiyyatı əvvəl açıqlanan 0,2% deyil, 0,4% artıb.

Trading Economics-in təqdim etdiyi ekspert konsensus-proqnozu ÜDM-in oktyabr-dekabr aylarında 0,3% artacağını nəzərdə tuturdu.

Dördüncü rübdə istehlak xərcləri 0,1% artıb (üçüncü rübdə 0,7% artmışdı). Analitiklər orta hesabla 0,3% azalma gözləyirdilər.

Biznes investisiyaları 0,5%, dövlət xərcləri isə 0,3% artıb.

İxrac 1,1% artdığı halda, idxal 2,1% azalıb.

Yaponiyanın ÜDM-i oktyabr-dekabr dövründə illik hesablamada 2,8% artıb (üçüncü rübdə 1,7% idi). Ekspertlər orta hesabla 1% artım gözləyirdilər.

Bütövlükdə 2024-cü il ərzində Yaponiyanın ÜDM-i 0,1% artıb.

ÜDM-in yenidən nəzərdən keçirilmiş göstəriciləri 10 mart tarixində açıqlanacaq.