Yaponiyanın tikinti şirkəti Rusiya bazarını tərk etmək istəmir | Banco.az

Yaponiyanın tikinti şirkəti Rusiya bazarını tərk etmək istəmir

Müəllif - Aida İsaq, Banco.az

Yaponiyanın tikinti və dağ-mədən avadanlıqları istehsalçısı “Komatsu” Rusiya bazarını tərk etmək niyyətində deyil.

Banco.az xəbər verir ki, şirkətin baş direktoru hazırda bu məsələnin gündəmdə olmadığını bildirib.

Xatırladaq ki, fevralın 24-də Ukraynada hərbi əməliyyatların genişləndirilməsi fonunda yapon şirkəti Rusiyaya avadanlıq tədarükünü dayandırıb. Bununla yanaşı, şirkət hələ də ölkədə avadanlıqların təmir xidmətlərini həyata keçirməyə davam edir. Aprelin 8-də Yaponiyanın tikinti avadanlığı istehsalçısı “Komatsu” Rusiyadakı zavodunda istehsalı dayandırıb. 

Qeyd edək ki, adıçəkilən şirkət Ukraynaya 1 milyon avro maliyyə yardımı da ayırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et