Yaponiyanın ticarət kəsiri ötən ay daralıb | Banco.az

Yaponiyanın ticarət kəsiri ötən ay daralıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aprel ayında Yaponiyanın ticarət kəsirində daralma müşahidə olunub.

Banco.az xəbər verir ki, Yaponiyanın ticarət kəsiri aprel ayında təxminən yarıya qədər azalaraq bir il əvvəlin göstəricisi olan 854,93 milyarddan 432,41 milyarda düşüb.

İdxal illik 2,3 faiz azalaraq iqtisadçıların 0,3 faizlik proqnozlarını xeyli üstələyib.

İxrac isə demək olar ki, gözlənilən nəticəni verib. Belə ki, iqtisadçıların 3 faizlik artım proqnozu ilə müqayisədə 2,6 faiz artım qeydə alınıb.

Qeyd edək ki, Yaponiyanın ən böyük ticarət tərəfdaşı olan Çinə ixrac aprel ayında keçən ilin eyni dövrünə nəzərən 2,9 faiz azalıb. Ümumilikdə bu ölkəyə ixracat ötən 5 ayda azalmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et