Yaponiyanın Rusiyaya qarşı yeni sanksiyalar paketi qüvvəyə minib | Banco.az

Yaponiyanın Rusiyaya qarşı yeni sanksiyalar paketi qüvvəyə minib

Müəllif - Aida İsaq, Banco.az

Yaponiyanın Rusiyaya qarşı yeni sanksiyalar paketi qüvvəyə minib. 

Banco.az xəbər verir ki,  bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb. Martın 31-də təsdiqlənən qanun layihəsindəki sanksiyaların böyük bir qrupu aviasiya sahəsini əhatə edir. Məhdudlaşdırıcı tədbirlərə hava şarlarının, planerlərin, motorsuz təyyarələrin və onların komponentlərinin, paraşütlərin, dronların, təyyarələr üçün əyləc sistemlərinin və pilotlar üçün simulyatorların Rusiyaya ixracına qadağası daxildir.

Eyni zamanda, sanksiyalar təkərli bütün uşaq oyuncaqlarının, pazlların, tapmacaların, poladın, təzyiq ölçən alətlərin, sualtı və aerofotoqrafiya üçün kameraların və qolf arabalarının tədarükünə də şamil edilib

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram