Yaponiyanın rekord büdcə qanunu qüvvəyə minib | Banco.az

Yaponiyanın rekord büdcə qanunu qüvvəyə minib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya Məşvərət Assambleyasında (Sangiin) sosial təminat və müdafiə xərclərini əhatə edən büdcə səsverməyə çıxarılıb.

Banco.az xəbər verir ki, büdcə hakim Liberal Demokrat Partiyası (LDP) və onun tərəfdaşı Komeitonun üstünlük təşkil etdiyi parlamentdə səsvermə nəticəsində qüvvəyə minib.

2023-cü ilin aprel-2024-cü ilin mart aylarını əhatə edən rekord büdcə 114,3 trilyon yen (870 milyard dollar) təşkil edəcək.

Yeni büdcədə milli müdafiə xərcləri və əhalinin yaşlanması səbəbindən sosial təminat xərcləri ən yüksək səviyyədə olacaq.

Vergi gəlirləri 69,4 trilyon yen (522 milyard dollar) olaraq qiymətləndirilən büdcənin bir hissəsi dövlət istiqrazları hesabına ödəniləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et