Müəllif:Mehin Qasımova/Banco.az
Yaponiyanın ən yaxşı 225 şirkətinin səhmlərinin qiymətlərini izləyən "Nikkei" indeksi, güclü zəlzələlər fonunda yanvarın əvvəlində endikdən sonra 1990-cı ildən bəri ən yüksək həddə qalxıb.
Banco.az xəbər verir ki,bu barədə fond məlumat yayıb.
Belə ki, çərşənbə axşamı ticarətin bağlanmasından əldə edilən məlumata görə, "Nikkei" yanvarın 5-dəki səviyyə ilə müqayisədə 1,16% artaraq 33 763,18 bənddə dayanıb.
Bu, 1990-cı ilin martından bəri Yaponiyanın fond bazarı, daşınmaz əmlak və digər aktivlər üçün şişirdilmiş qiymətlər balonunun partlaması nəticəsində iqtisadiyyatın uzunmüddətli durğunluğuna səbəb olan düşməyə başlayandan bəri ən yüksək səviyyədir.
Birjanın elit bölməsindəki bütün şirkətlərin səhmlərinin qiymətlərini əks etdirən daha geniş TOPIX indeksi 0,82% artaraq 2 413,09 bəndədək yüksəlib.
Ticarət zamanı yarımkeçiricilərin istehsalı ilə bağlı texnologiya şirkətlərinin səhmləri artıb. Beləliklə, Tokyo Electron səhmləri 3,2% bahalaşıb.
Qeyd edək ki, yapon valyutası 1 dollar üçün 143,8 yen səviyyəsində ticarət olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!