Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyanın idxal qiymətləri yenin zəifləməsi səbəbindən ötən ay artım göstərib.
Banco.az xəbər verir ki, Yaponiya Mərkəzi Bankının məlumatları göstərir ki, korporativ inflyasiya səviyyəsi aprel ayında bir il əvvəllə müqayisədə sabit qalsa da, idxal qiymətləri artıb.
Belə ki, idxal qiymətləri ötən ay illik 6,4 faiz artıb. Bu, 2023-cü ilin martından bəri idxal qiymətlərindəki ən böyük artım olub.
Yaponiyanın korporativ malların qiymət indeksi (CGPI) və ya istehsalçı qiymətləri, mart ayında olduğu kimi, apreı ayında da illik 0,9 faiz artıb. Bu, ekspertlərin 0,8 faizlik artım proqnozundan bir qədər yüksəkdir.
Məlumat üçün qeyd edək ki, CGPI şirkətlərin mal və xidmətlərinə görə bir-birindən tələb etdiyi qiymətlərin ölçüsüdür.
Bizi sosial şəbəkələrdən izləyin!!