Yaponiyanın ən şimal hissəsində çip istehsalı müəssisəsi inşa ediləcək | Banco.az

Yaponiyanın ən şimal hissəsində çip istehsalı müəssisəsi inşa ediləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya ölkənin ən şimal bölgəsi Hokkaydoda çip istehsalı müəssisəsi quracağını açıqlayıb.

Banco.az xəbər verir ki, “Toyota” və “Sony” də daxil olmaqla 8 yapon şirkətinin daxil olduğu “Rapidus” yarımkeçirici çip konsorsiumunun məlumatına görə, Hokkaydoda çip istehsalı müəssisəsi yaradılacaq.

Ar-Ge sahəsi də daxil olmaqla 5 trilyon yen (37 milyard dollar) büdcə ayrılacaq investisiya çərçivəsində iki nanometr çip istehsalı hədəflənəcək.

Xatırladaq ki, Yaponiya hökuməti tərəfindən dəstəklənən və “Toyota” və “Sony” də daxil olmaqla 8 yapon şirkətinin iştirak etdiyi “Rapidus” konsorsiumu 2022-ci ilin avqustunda yaradılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et