Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Yaponiyada 2024-cü ilin ilk yarısında korporativ firma iflasları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22 faiz artıb.
Banco.az xəbər verir ki, "Tokyo Shoko Research" kredit tədqiqat təşkilatı ən azı 10 milyon yen ( 62 min 300 dollar ) borcu olan korporativ şirkətlərin vəziyyətini araşdırıb .
Araşdırmaya görə, 2024-cü ilin birinci yarısında Yaponiyada müflisləşən korporativ şirkətlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22 faiz artıb.
İlin ilk 6 ayında ölkə daxilində 4 min 931 şirkət iflas edib. Müflisləşən şirkətlərin sayının son 10 ilin ən yüksək səviyyəsinə çatdığı vurğulanıb.
Bu rəqəmin artmasına son zamanlar yapon yeninin xarici valyutaya nisbətdə ucuzlaşması və xammal xərclərinin artması mənfi təsir göstərib.
İflas etmiş şirkətlərin tərk etdiyi ümumi maliyyə öhdəliyi əvvəlki illə müqayisədə 22,8 faiz artaraq 721 milyard yenaya (4,49 milyard dollar) çatıb.
Xidmət sektoru 1619 şirkətlə ən çox iflasa uğrayan sektor olarkən, tikinti sektoru 947 şirkətlə ikinci yerdədir.
Təşkilat rəsmisi açıqlamasında bildirib ki, "zəif yenanın səbəb olduğu qiymət artımlarına tab gətirə bilməyən şirkətlərin sayı artmaqdadır".
“Daha çox şirkətin artan xərcləri müştərilərə ötürəcəyini” iddia edən səlahiyyətli, 2024-cü ildə iflas hallarının 10 mini keçə biləcəyini qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!