Yaponiyada sənaye istehsalı azalıb | Banco.az

Yaponiyada sənaye istehsalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın sənaye istehsalı sentyabr ayında 1,6 faiz azalıb.

Banco.az xəbər verir ki, Yaponiyada sənaye istehsalı üç aylıq artımdan sonra ötən ay azalıb.

Ölkənin sənaye nazirliyi bildirib ki, sentyabrda sənaye istehsalı avqust ayı ilə müqayisədə 1,6 faiz azalıb ki, bununla da üç aylıq artım tempi dayanıb. İqtisadçılar isə 0,8 faiz azalma gözləyirdilər. 

Avtomobil istehsalçılarının işindəki azalma ümumilikdə 1,85 faiz hesablanıb və sənaye istehsalındakı azalmanın böyük hissəsini təşkil edib.

Yenə də ilin üçüncü rübündə ümumi hasilat 5,9 faiz artım göstərib ki, bu da Yaponiyanın pandemiyadan sonrakı bərpa prosesini davam etdirməsi üçün müsbət əlamətdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram