Yaponiyada qiymətlər son 8 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Yaponiyada qiymətlər son 8 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif - Aida İsaq, Banco.az

Yaponiyada 2022-ci maliyyə ilində xidmət istehsalçılarının qiymətləri son 8 ilin ən yüksək səviyyəsinə çatıb. 

Banco.az xəbər verir ki, 2022-ci maliyyə ilində istehsalçı qiymətləri 1,8 faiz artıb. 2021-ci maliyyə ilində isə qiymətlər 1,2 faiz artıb. 2022-ci maliyyə ilində artım 2014-cü ildə görülən 3,3 faizlik artımdan bəri ən sürətli artım olub.

Mart ayında xidmət istehsalçı qiymətləri əvvəlki ilin eyni ayına görə 1,6 faiz artıb. Fevral ayında artım nisbəti 1,7 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram