Yaponiyada pərakəndə satışlar artıb | Banco.az

Yaponiyada pərakəndə satışlar artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada pərakəndə satışlar ötən ay 3,8 faiz artıb.

Banco.az xəbər verir ki, bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə pərakəndə satışlar dekabr ayında əvvəlki ilin eyni ayına nisbətən 3,8 faiz artım göstərib.

İqtisadçılar isə ötən 10 ayda müntəzəm olaraq artan pərakəndə satışların dekabr ayında 3.0% artacağını gözləyirdilər.

Qeyd edək ki, sözügedən dövrdə sənaye istehsalı əvvəlki ayla müqayisədə 0,1 faiz azalıb. Proqnozlar 1,2% azalma istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et