Yaponiyada pərakəndə satış həcmi proqnozları doğrultmayıb | Banco.az

Yaponiyada pərakəndə satış həcmi proqnozları doğrultmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada pərakəndə satışların artım tempi gözləntiləri doğrultmayıb.

Banco.az xəbər verir ki, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, pərakəndə satışlar noyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artıb. İqtisadçılar isə 3,7 faiz artım gözləyirdilər.

Pərakəndə satışlar aylıq əsasda da 1,1 faiz azalıb. 

Sözügedən ayda böyük mağazaların pərakəndə satışlarında isə artım nisbəti 2,4 faiz olaraq təyin olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et