Yaponiyada müflis olan şirkətlərin sayı rekord həddə çatıb | Banco.az

Yaponiyada müflis olan şirkətlərin sayı rekord həddə çatıb

Müəllif - Aida İsaq, Banco.az

Yaponiyada müflis olan şirkətlərin sayı rekord həddə çatıb. 

Banco.az xəbər verir ki, buna ölkəyə idxal olunan xammal və ərzaq məhsullarının kəskin bahalaşması səbəb olub. Beləliklə, 2022-ci maliyyə ilində Yaponiyada 463 şirkət müflis olub. Müvafiq göstərici 2021-ci ildə iflasa uğrayan 136 şirkətlə müqayisədə 3,4 dəfə çoxdur. Təkcə mart ayında 67 şirkət müflis olub ki, bu da bir ay üçün rekord nəticədir.

Ekspertlərin fikrincə, müflisləşmə təhlükəsinin getdikcə artması və idxal olunan xammal və ərzaq məhsullarının qiymətlərinin bahalaşması nəticəsində yaranan dövriyyə vəsaitlərinin çatışmazlığı kiçik və orta büdcəli şirkətlərdə maaşların artmasının qarşısını alır. Bu səbəbdən istehlak tələbi genişlənə bilmir və buna görə də iqtisadi artım tempini əhəmiyyətli dərəcədə yavaşlatır. Yaponiyada istehlak tələbi ölkənin ümumi daxili məhsulunun təxminən 60%-ni təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram