Yaponiyada kadr dəyişikliyi ilə mübarizə üçün neyron şəbəkə yaradılıb | Banco.az

Yaponiyada kadr dəyişikliyi ilə mübarizə üçün neyron şəbəkə yaradılıb

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiyada işçinin işdən çıxmaq niyyəti barədə rəhbərliyi xəbərdar edəcək neyroşəbəkə icad edilib.

Banco.az xəbər verir ki, Tokio Şəhər Universitetinin alimləri yeni işçilərin nə vaxt işdən çıxacağını proqnozlaşdıran süni intellekt (AI) aləti hazırlayıblar.

Neyroşəbəkə işçilərin cinsi, yaşı və iş fəaliyyəti ilə bağlı məlumatlara əsaslanaraq işçilərin şirkətdən ayrılmaq niyyətləri barədə nəticə çıxarır. Süni intellekt həm də artıq işdən çıxmış və ya məzuniyyət götürmüş işçilər haqqında məlumatları təhlil edir.

Şəbəkənin müəllifi, professor Naruhiko Şiratorinin fikrincə, onun yaratdığı alqoritm istedadlı işçiləri şirkətdən ayrılmamağa inandırmaq üçün müxtəlif dəstək tədbirləri təklif etməklə menecerlərə dəyərli kadrları saxlamağa kömək etməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Yaponiyanın Əmək Nazirliyinin məlumatına görə, gənc mütəxəssislərin təxminən 30%-i ilk üç il ərzində öz şirkətlərini tərk edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et