Yaponiyada istehsalçı qiymətləri azalmaqda davam edir | Banco.az

Yaponiyada istehsalçı qiymətləri azalmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada yerli korporativ istehsalçı qiymətlərindəki eniş ötən ay da davam edib.

Banco.az xəbər verir ki, Yaponiya Bankının (BoJ) açıqladığı məlumatlara görə, istehsalçı qiymətləri fevral ayında əvvəlki ilin eyni ayına nisbətən 8,2 faiz artıb. Bazar gözləntisi qiymət artımının 9,5 faizdən 8,4 faizə enəcəyi istiqamətində idi.

İstehsalçı qiymətləri aylıq olaraq isə 0,4 faiz azalıb. Analitiklər azalmanın 0,3 faiz olacağını bildirmişdilər.

Ölkə üzrə ixrac qiymətləri də aylıq 0,3 faiz, illik 0,5 faiz artıb. İdxal qiymətləri isə aylıq 0,9 faiz azalarkən, illik artım da 3,1 faizə geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et