Yaponiyada işsizlik səviyyəsi dəyişməyib | Banco.az

Yaponiyada işsizlik səviyyəsi dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada işsizlik nisbəti ötən ay dəyişməz qalıb.

Banco.az xəbər verir ki, çərşənbə axşamı hökumətin açıqladığı məlumatlara görə, Yaponiyada işsizlik səviyyəsi noyabr ayında əvvəlki ayla müqayisədə dəyişməyərək 2,5 faiz səviyyəsində qalıb.

İqtisadçıların proqnozu da məhz bu istiqamətdə idi.

Yaponiya Bankının məlumatları isə göstərir ki, xidmət istehsalçıları qiymət indeksi sözügedən döbvrdə 2,3 faiz artıb.

Xidmətlər PPI də əvvəlki ayla müqayisədə dəyişməz qalıb.

Qeyd edək ki, çərşənbə axşamı günü birjada sessiyanı stabil başlayan Yaponiyanın Nikkei 225 indeksi bu ili 27 faizdən çox artımla tamamlayacaq. Yen isə dollara nisbətdə 142 səviyyələrində bir qədər möhkəmlənib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram