Yaponiyada iqtisadi artım məlumatları yenidən nəzərdən keçirilib | Banco.az

Yaponiyada iqtisadi artım məlumatları yenidən nəzərdən keçirilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada iqtisadi artım məlumatları azalan istiqamətdə yenidən nəzərdən keçirilib.

Banco.az xəbər verir ki, Yaponiyada iqtisadi artım göstəricisinin azalan istiqamətdə yenidən nəzərdən keçirilməsi gələn həftə keçiriləcək iclasda faiz dərəcəsinin sabit saxlanılacağı gözləntilərini gücləndirib.

Ölkədə dördüncü rüb üzrə əvvəlcə illik hesablamada 2,8% olaraq açıqlanan ümumi daxili məhsul (ÜDM) göstəricisi 2,2%-ə endirilib. İqtisadçıların böyük əksəriyyəti tərəfindən gözlənilməyən bu düzəliş ehtiyatların gözləniləndən daha çox azalması və istehlakın daha zəif olması ilə əlaqədar baş verib.

Digər göstəricilər yüksək inflyasiyanın təsirinin davam etməsi səbəbindən yanvar ayında ev təsərrüfatlarının gözləniləndən xeyli az xərclədiyini ortaya qoyub. Yenidən nəzərdən keçirilmiş artım göstəriciləri ümumilikdə mülayim genişlənmə davam etsə də, Yaponiya iqtisadiyyatında zəifliyin hələ də davam etdiyini göstərib. 

Ev təsərrüfatlarının xərclərindəki yavaşlamanın növbəti faiz qərarını 19 martda açıqlayacaq Yaponiya Mərkəzi Bankının (BOJ) daha ehtiyatlı davranaraq faiz dərəcəsini sabit saxlamasına səbəb ola biləcəyi təxmin edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram