Yaponiyada "Hitachi" və "Panasonic" şirkətlərinin zavodları su altında qalıb | Banco.az

Yaponiyada "Hitachi" və "Panasonic" şirkətlərinin zavodları su altında qalıb

Yaponiyanın Koriyama şəhərində "Hitachi" və "Panasonic" kimi iri elektrotexnika korporasiyalarının yığım zavodları güclü "Haqibis" tayfununun yaratdığı sel nəticəsində su altında qalaraq ardıcıl dördüncü gündür fəaliyyət göstərmir.

Bu barədə NHK telekanalı yerli səlahiyyətlilərə istinadən məlumat yayıb.

Sel və daşqınlardan ən çox zərər görən və Yaponiyanın əsas adası olan Honsünün şimal-şərqində yerləşən Koriyama şəhərində bu zavodlardan başqa, oktyabrın 13-dən bəri böyük sənaye habının digər müəssisələri də fəaliyyət göstərmir. Bunlar arasında rabitə sistemləri, mikrosxemlər, avtoyükləyici istehsalçıları var.

Ən sərfəli kredit üçün müraciət et

Koriyama şəhərində 90-dan çox reys avtobusunun olduğu qarajları da su basıb. Nəticədə təxminən 70 marşrutda nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, Yaponiyada "Haqibis" tayfunu nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb, 11 nəfər itkin düşüb, 220-dən çox sakin müxtəlif dərəcəli xəsarətlər alıb. Ən çox ölüm və yaralanma halları Honsü adasının şimal-şərqindəki Fukusima və Miyaqi prefekturalarında, eləcə də cənub-qərbdən Tokioya qonşu olan Kanaqava prefekturasında qeydə alınıb.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et