Yaponiyada ərzaq satışları artıb | Banco.az

Yaponiyada ərzaq satışları artıb

Müəllif - Tamara Mustafayeva, Banco.az

Yaponiya bazarında ardıcıl 15-ci aydır ki, satışların həcmi artıb.

Banco.az xəbər verir ki, Yaponiya françayzinq assosiasiyasının açıqladığı məlumatlara görə, müqayisə olunan ərzaq satışı iyun ayında keçən ilin eyni ayına nisbətən 3,2 faiz artaraq 925,7 milyard yen təşkil edib.

Ümumi ərzaq satışları illik müqayisədə 3,5 faiz artaraq 962,3 milyard yen təşkil edib.

İyun ayında ziyarətçilərin sayı 0,7 faiz artaraq 1 milyon 305 min 368 nəfər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram