Yaponiyada 112 trilyon yen büdcə layihəsi təsdiqlənib | Banco.az

Yaponiyada 112 trilyon yen büdcə layihəsi təsdiqlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada 112 trilyon yen büdcə layihəsi təsdiqlənib.

Banco.az xəbər verir ki, Baş nazir Kişida Fumio hökuməti 2024-cü ilin aprel-2025-ci ilin mart aylarını əhatə edəcək maliyyə ili üçün 112 trilyon yen büdcə layihəsini təsdiqləyib.

Yaponiyanın yaşlanmış əhalisi nəzərə alınaraq hazırlanan yeni büdcədə sosial təminata ayrılan məbləğ diqqət çəkir.

Müvafiq olaraq, əhalinin yaşlanması və doğum səviyyəsinin aşağı düşməsi ilə əlaqədar büdcənin 30 faizdən çoxu sosial təminata sərf olunacaq. Sosial təminat xərclərinə 37,7 trilyon yen (264 milyard dollar), milli müdafiə xərclərinə isə 7,9 trilyon yen (56 milyard dollar) ayrılıb.

Vergi gəlirlərinin 69,6 trilyon yen (488 milyard dollar) olacağı proqnozlaşdırılan büdcə üçün 34,9 trilyon yen (245 milyard dollar) dövlət istiqrazları buraxılacaq.

2024-cü ilin aprelində başlayacaq yeni maliyyə ili üçün təsdiqlənmiş büdcənin Yaponiya milli assambleyası tərəfindən 2024-cü ilin martında qüvvəyə minməsi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram