Yaponiya və Amerikadan neft əməkdaşlığı | Banco.az

Yaponiya və Amerikadan neft əməkdaşlığı

Tamara Mustafayeva, Banco.az

Yaponiya və ABŞ xam neft ehtiyatları üzrə birgə addım atmağa hazırlaşır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, qlobal neft bazarlarının diqqəti strateji əhəmiyyətli neft ehtiyatları ilə bağlı atılacaq addımlara yönəldiyi bir vaxtda məsələ ilə bağlı Yaponiya və ABŞ-ın əməkdaşlığa başlayacağı bildirilib.

Yaponiyanın "Yomiuri" qəzetinin xəbərinə görə, adı çəkilən iki ölkə qiymət artımının qarşısını almaq məqsədilə neft ehtiyalatlarından istifadəyə başlanılması ilə bağlı bu həftə birgə açıqlama yayımlayacaq.

Eyni xəbərdə həmçinin qeyd edilib ki, Yaponiya hökuməti hüquqi məhdudiyyətlər nəzərə alınmadan sata biləcəyini düşündüyü artıq ehtiyatların bir hissəsini istifadəyə buraxmağı düşünür. Bunun üçün də digər ölkələrlə əməkdaşlıq nəzərdən keçirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram